“Barselona” portuqaliyalı futbolçunu transfer edəcək

16:44 28 May 2023

İspaniya klubu “Barselona” portuqaliyalı futbolçu Ruben Neveşi transfer edəcək.

 

Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar İngiltərə təmsilçisi “Vulverhempton”un yarımmüdafiəçisinin keçidində qarşı tərəflə anlaşıblar.

 

Razılığa əsasən, transfer Premyer Liqa klubuna 30 milyon avro qazandıracaq. “Barselona”nın hücumçusu Ansu Fatinin də müqavilə bəndinə salınması istisna edilmir. Yaxın günlərdə keçid klublar tərəfindən rəsmən açıqlanacaq.

 

“Barselona” ilə 4 illik müqavilə imzalayacaq Neveş komandadan ayrılacaq kapitan Serxio Busketsi əvəzləyəcək.


Xəbər xətti