Futbol üzrə Cənubi Koreya çempionatında 15-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ulsan Hyundai” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
“Daejeon” hazırda 22 xalla 5-ci pillədə qərarlaşıb.