Qurban Qurbanov Ramil Şeydayevin gedişindən danışdı

23:38 28 May 2023

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ramil Şeydayevin komandadan gedişini təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, o, çempionluq kubokunun təqdimolunma mərasimində jurnalistlərə açıqlamasında bu barədə danışıb:

"Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, amma Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandada da onunla bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür etdik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan biri vidalaşdıq. İkimiz də duyğulandıq".

 

Qeyd edək ki, Ramil Şeydayevin Tailandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti