Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar.
Sportarena.az xəbər verir ki, mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qatılıblar.
“Azersun Arena”da təşkil olunmuş tədbirdə “Qarabağ”a qızıl, “Sabah”a gümüş, “Neftçi”yə bürünc medallar təqdim olunub.
22 qolla mövsümü bombardir kimi başa vuran “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə də mükafatı verilib.
Sonda “Qarabağ”ın kapitanı Maksim Medvedev çempionluq kubokunu başı üzərinə qaldırıb.