İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.
“Verona” – “Empoli” və “Bolonya” – “Napoli” matçlarında qalib müəyyənləşməyib. “Montsa” evdə “Leççe”yə uduzub. “Latsio” isə “Kremoneze”ni məğlub yola salıb. “Yuventus” da “Milan”la qarşılaşmadan məğlub ayrılıb. Milanlılar bu qələbə sayəsində Çempionlar Liqasına vəsiqəni təmin ediblər.
Hazırda “Napoli” 87 xalla vahid liderdir. “Latsio” 71 xalla ikinci, “İnter” 69 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”ın 67, “Atalanta”nın 61, “Roma”nın 60, “Yuventus”un 59 xalı var.
İtaliya A Seriyası
37-ci tur
28 may
Verona – Empoli 1:1
Qol: Qaiç, 61 – Maqnani, 90+6-öz qapısına.
Bolonya – Napoli 2:2
Qol: Ferquson, 63. De Silvestri, 84 – Osimhen, 14; 54.
Montsa – Leççe 0:1
Qol: Kolombo, 90+11-pen.
Latsio – Kremoneze 3:2
Qol: Hüsay, 4. Milinkoviç-Saviç, 37; 89 – Qaldames, 54. Latsari, 58-öz qapısına.
Yuventus – Milan 0:1
Qol: Jiru, 40.