İlk dəfə Bundesliqaya vəsiqə qazandılar

10:36 29 May 2023

Almaniya Bundesliqasına vəsiqə qazanan daha bir komanda bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 2-ci Bundesliqanın son turunda "Hamburq"la üz-üzə gələn "Haydenhaym" tarixində ilk dəfə Bundesliqaya vəsiqə qazanıb.

 

Komanda oyunun son dəqiqələrinə qədər məğlub olsa da, sonradan hesabı bərabərləşdirib. Matçın 90+9 -cu dəqiqəsində isə qələbə qolunu vuran "Haydenhaym" Bundesliqa vəsiqəsini təmin edib. 


Xəbər xətti