"Qarabağ"ın legioneri: "Çempionluq möhtəşəm hissdir"

11:38 29 May 2023

"Çempion olmaq möhtəşəm hissdir".

 

Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Redon Cica "Balkanweb" nəşrinə müsahibəsində deyib.

 

25 yaşlı albaniyalı hücumçu Ağdam təmsilçisinə uyğunlaşmağın çətin olduğunu bildirib:\

"Amma vaxt keçdikcə hər şey düzəldi. Növbəti mövsüm daha yaxşı olacağıma ümid edirəm. Bunun üçün əlimdən gələni edəcəyəm".

 

Qeyd edək ki, "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.


Xəbər xətti