“Tottenhem” “Brayton”un baş məşqçisi Roberto de Zerbi ilə maraqlanır.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 43 yaşlı mütəxəssisi baş məşqçi postuna uyğun namizəd kimi dəyərləndirir.
Lakin italiyalı mütəxəssis bütün diqqətini “Brayton”dakı işlərinə yönləndirib. O, iş yerini dəyişmək fikrində deyil.
De Zerbinin çalışdırdığı “qağayılar” 2022/23 mövsümünün nəticələrinə görə, ilk dəfə UEFA Avropa Liqasında çıxış etmək imkanı qazanıb.