Xosep Qvardiola: “Həmişə məğlub olmaqdan, rəqibin güclü tərəflərindən qorxuram”

13:00 29 May 2023

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mövsümün qalan oyunları ilə bağlı gözləntilərini bölüşüb.

 

Sportarena.az “Evening News”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, məğlub olmaqdan hər zaman qorxduğunu bildirib:

“Əlbəttə, mən “Brentford”la qarşıdakı oyundan daha çox “Mançester Yunayted” və “İnter” haqda düşünürəm. Çox çalışmalı və rəqiblərini öyrənməlisən. “Brentford”, “Mançester Yunayted” və “İnter” də qələbə qazanmaq istəyir, məşq edirlər. Mən bir məşqçi kimi həmişə məğlub olmaqdan, rəqibin güclü tərəflərindən qorxuram. Özünüzü sakitləşdirmək və oyunçulara sakitliyinizi çatdırmaq üçün bunu dərk etməlisiz. Mən bunsuz yaşaya bilməzdim. Buna görə də, komanda bir neçə ildir ki, sabitdir”.

 

“Mançester Siti” Premyer Liqada “Brentford”, İngiltərə kubokunda “Mançester Yunayted” və Çempionlar Liqasında “İnter”lə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti