“Bayern”in yarımmüdafiəçisi Camal Musiala klubun idman direktoru Hasan Salihamiciçin gedişi ilə bağlı fikirlərini bölüşüb.
Sportarena.az “Sport1”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Salihamiciçə hər şeyə görə təşəkkür edib:
“Məni “Bayern”ə Salihamiciç gətirdi. Hər şeyə görə ona minnətdaram və klubdan getdiyi üçün təəssüflənirəm”.
“Bayern” Almaniya çempionatının 34-cü turunda “Köln”ü məğlub edib (2:1) və çempionluğu rəsmiləşdirib. “Borussiya” (Dortmund) isə “Maynts”la matçda xal itirib (2:2). Onlar mövsümü ikinci pillədə bitiriblər və gümüş medallara yiyələniblər.