Şahin Diniyev çempionatda baş məşqçi kimi 200-cü oyununa çıxıb

14:45 29 May 2023

Şahin Diniyev Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü oyununa çıxıb.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hazırda "Səbail"in sükanı arxasında olan 57 yaşlı mütəxəssisin yubileyi "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXVI tur oyununa təsadüf edib.

 

Diniyev 2001/2002 mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib.

 

Sonradan “Rəvan” və “Kəpəz”də işləyən baş məşqçi yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci mütəxəssisdir.

 

Onun rəhbərlik etdiyi komandalar bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.


Digər xəbərlər

Xəbər xətti