Səudiyyə Ərəbistanı hökumətindən Benzemaya inanılmaz təklif

15:26 29 May 2023

“Real”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanından təklif alıb.

 

Sportarena.az “Relevo”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti 35 yaşlı fransalı forvarda yerli klublardan biri ilə iki mövsümlük, 200 milyon avro maaşla müqavilə təklif edir. Bundan əlavə, hücumçu Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciətində səfir ola bilər.

 

Benzema bu mövsüm bütün yarışlarda 42 oyuna çıxıb, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti