“Anormal mövsüm oldu” - Alleqri

17:44 29 May 2023

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 37-ci turunun “Milan”la görüşünü (0:1) şərh edib.

 

Sportarena.az DAZN-a istinadən xəbər verir ki, o, məşqçi kimi ikinci dəfə “Yuventus”a dönməsi barədə (2021-ci il) fikirlərini bölüşüb:

“Qarşılaşmadan sonra futbolçularıma təşəkkür etdim. İnanılmaz mövsüm keçirdik. “Udineze” ilə matçda (38-ci tur) qələbə qazanaraq mövsümü başa vurmalıyıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Anormal mövsüm oldu. Bəziləri uğursuz çıxış etdiyimizi bildirir. Hər şeyə rəğmən, 59 xal toplaya bildik. Bununla fəxr etməli və oyunçulara minnətdar olmalıyıq.

Meydandankənar hadisələr baş verməsəydi, Çempionlar Liqasında iştirak edəcəkdik. Üzr istəyirəm, amma bizim üçün avrokuboklar macərası “Sevilya” ilə oyundan sonra başa çatdı.

“Yuventus”a məşqçi kimi qayıdanda qazanmağın çətin olacağını bilirdim. Başqa fikirlərə sahib olacaq qədər axmaq biri deyiləm. Qalib gəlmək istəsəydim, başqa kluba gedərdim. Klubun mənə ehtiyacı olduğu üçün geri döndüm”.

 

Alleqri 2014-2019-cu illərdə də “qoca sinyora”nı çalışdırıb.

 

“Yuventus” hazırda ölkə çempionatının turnir cədvəlində 59 xalla 7-ci, “Milan” isə 67 xalla 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti