Komanda yoldaşını təhqir edən azarkeşi vurdu

20:00 29 May 2023

"Ayaks"ın futbolçusu Berqeys Niderland çempionatının 34-cü turunda "Tvente" ilə matçdan (1:3)  sonra rəqib azarkeşi vurub.

 

Sportarena.az xəbər verir ki, buna səbəb həmin fanatın "Ayaks"ın hücumçusu Brayan Brobbini təhqir etməsi, ona qarşı irqçi ifadələr səsləndirməsi olub.

 

Oyundan sonra qonaqların futbolçuları avtobusa yaxınlaşıb, meydan sahiblərinin azarkeşləri yaxınlıqda dayanıblar. Bu an haddisə yaşanıb və Berqeys azarkeşi vurub. 

 

Futbolçu daha sonra davranışına görə üzr istəyib: "Etdiyim işdən peşmanam, bunu etməməliydim. Hər səfər oyunundan sonra avtobusda üzərimizə təhqirlər yağdırılır. Artıq öyrəşmişəm, amma insanlar elə bilirlər ki, nə istəsə qışqıra bilər. Mənim reaksiyam heç nəyi həll etmir, bunu başa düşürəm. Bu yaxşı deyil, mən bir "Ayaks" oyunçusu kimi nümunə göstərməliyəm”.


Digər xəbərlər

Xəbər xətti