“Ayaks”ın baş direktoru Edvin van der Sar tutduğu vəzifəni tərk edir.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Van der Sar iyunun 1-də postunu klubun idarə heyətinin üzvlərinə təhvil verəcək. Klubun müşahidə şurası ondan avqustun 1-dək vəzifəsində qalmasını istəyib.
Van der Sar 2012-ci ilin noyabrından “Ayaks”ın direktorlar şurasındadır. Niderland millisinin sabiq qapıçısı 2016-cı ilin noyabrından klubun baş direktoru olub. Onun “Ayaks”la müqaviləsi 2025-ci ilin iyununa kimi hesablanıb.