"Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays Almaniya klubuna keçməyə hazırlaşır.
Sportarena.az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya"nın hazırkı baş məşqçisi Tomas Tuxel ingilis futbolçu ilə telefon danışığı aparıb.
Hələ "Çelsi"də baş məşqçi olduğu zaman Raysı bu komandaya transfer etmək istəyən Tuxelin istəyi baş tutmamışdı. Bu dəfə isə almaniyalı mütəxəssis Raysı "Bavariya"ya gətirməyə çalışır.
Amma "Vest Hem" ona görə Münhen klubundan 115 milyon avro tələb edir. "Bavariya"dan fərqli olaraq "Arsenal" həmin məbləği ödəməyə hazırdır.