İtaliya millisinin ispanlarla oyun üçün heyəti açıqlandı

16:36 30 May 2023

İtaliya millisinin UEFA Millətlər Liqasının “dördlər finalı” üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Roberto Mançini İspaniya ilə oyun üçün bu futbolçulara dəvət göndərib:

 

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (“Napoli”), Quqlielmo Vikario (“Empoli”);

 

Müdafiəçilər: Federiko Basşirotto (“Lecce”), Leonardo Bonuççi (“Yuventus”), Alessandro Bonjorno (“Torino”), Covanni Di Lorentso (“Napoli”), Alessandro Florensi (“Milan”), Federiko Qatti (“Yuventus”), Leonardo Spinatsola (“Roma”), Rafael Toloi (“Roma”);

 

Yarımmüdafiəçilər: Brayan Kristante (“Roma”), Davide Frattesi (“Sassuolo”), Jorjinyo (“Arsenal”), Manuel Lokatelli (“Yuventus”), Lorenzo Pelleqrini (“Roma”), Matteo Pessina (“Montsa”), Marko Verratti (PSJ), Nikolo Zaniolo (“Qalatasaray”)

 

Hücumçular: Domeniko Berardi (“Sassuolo”), Federiko Kyeza (“Yuventus”), Denyan Nyonto (“Lids”), Çiro İmmobile (“Latsio”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Tiqr”), Mattia Zakkani (“Latsio”).

 

Mançininin komandası iyunun 15-də İspaniya ilə qarşılaşacaq. Qalib Xorvatiya və ya Niderland yığması ilə üz-üzə gələcək.


Xəbər xətti