Asensio ilə 8 milyon avro qazanacaq

17:00 30 May 2023

“Real”la yeni müqavilə imzalamaqdan imtina edən Marko Asensionun İngiltərəyə keçidi reallaşır. Bir neçə İspaniya və İtaliya klubunun da istədiyi sağ cinah yarımmüdafiəçisi ən real təklifin arxasınca yollanır.

 

Sportarena.az xəbər verir ki, futbolçu azad agent kimi həmyerlisi Unay Emerinin çalışdırdığı “Aston Villa”ya keçəcək. Tərəflər ilkin danışıqları yekunlaşdırıb. Marko birmingemlilərlə 4 illik müqavilə bağlayacaq və hər mövsüm 8 milyon avro qazanacaq.

 

“Real”a “Espanyol”dan gələn Asensio Madriddə 7 uğuru mövsüm keçirib. “Aston Villa” 27 yaşlı futbolçunun legioner olacağı ilk komandadır.


Xəbər xətti