Türk futbolçu Niderlandda ən yaxşı seçildi

20:00 30 May 2023

Niderlandda 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, başa çatan mövsümün ən yaxşısı adına "Feyenoord"un kapitanı Orkun Kökçü layiq görülüb. Bubarədə "De Telegraaf" nəşri məlumat yayıb.

 

Qeyd edək ki, Orkun Kökçünün formasını geyindiyi "Feyenoord" Niderland çempionu olub. 22 yaşlı türk yarımmüdafiəçi Eredivisiedə meydana çıxdığı 32 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti