Türkiyə klubunun sabiq prezidenti oyun alqı-satqısına görə futboldan uzaqlaşdırılıb

21:23 30 May 2023

Türkiyə klubu “Darıca Gənclərbirliyi”nin sabiq prezidenti Arif Gülen futboldan uzaqlaşdırılıb.

 

Sportarena.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb adıçəkilən funksionerin danışılmış oyunlarda iştirakıdır.

 

Oyunun nəticəsinə birbaşa təsir göstərmək cəhdi aşkarlanan Gülenin bir il müddətinə futbol fəaliyyətinə qadağa qoyulub.

 

Qeyd edək ki, “Darıca Gənclərbirliyi” III liqada çıxış edir.


Xəbər xətti