"Qalatasaray" 23-cü dəfə Türkiyə çempionu oldu

23:08 30 May 2023

“Qalatasaray” Türkiyə Superliqasında 2022-2023 mövsümünün qalibi olub.

 

Sportarena.az xəbər verir ki, Okan Burukun komandası bu gün 36-cı turda səfərdə “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gəlməklə mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Xallarının sayını 82-yə yüksəldən “sarı-qırmızılar” ən yaxın izləyicisi “Fənərbaxça”nı 5 xal qabaqlayır. 

 

Bununla da İstanbul klubu tarixində 23 dəfə çempionluq tituluna yiyələnib. “Qalatasaray” son dəfə 2018-2019 mövsümündə çempion olmuşdu.

 

“Ankaragücü” – “Qalatasaray” – 1:4

Qollar: Milson, 16, -  İkardi, 7, 38, Yılmaz, 73, Oliviera, 78


Digər xəbərlər

Xəbər xətti