Azərbaycanlı futbolçuların komandası səfərdə uduzdu

22:29 30 May 2023

Latviya çempionatında 16-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə RFS-lə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib – 1:3.

 

Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

 

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

 

Futbolçularımızın komandası hazırda 13 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti