Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı mundialda mübarizəyə başlayır

10:26 31 May 2023

Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

 

Sportarena.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

 

87 kq-dakı Taleh Süleymanov eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.

 

Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti