"Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola Premyer Liqada mövsümün baş məşqçisi seçilib.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. "Şəhərlilər" cari mövsümdə ütəxəssisin rəhbərliyi altında ardıcıl 3-cü dəfə çempion olublar.
Qvardiola isə karyerasında 4-cü dəfə bu mükafata layiq görülüb. O, öz nəticəsi ilə Joze Mourinyo və Arsen Vengeri qabaqlayıb və yalnız 11 dəfə mükafat alan Aleks Fergüssondan geri qalır .