PSJ klubu 2023/24 mövsümü üçün ev formasını təqdim edib.
Sportarena.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Nike”-ın hazırladığı mavi və qırmızı rəngli formanı komanda gələn mövsüm ev matçlarında geyinəcək.
Yeni dəstdə PSJ-nin klassik dizaynına hörmətlə yanaşılıb. Belə ki, yeni forma PSJ-nin 2000-ci illərin əvvəllərində geyindiyi formaların oxşarıdır.
Formanın təqdimatında Kilian Mbappe, klubdan ayrılacağı gözlənilən Lionel Messi, Neymar və PSJ-nin digər futbolçuları iştirak ediblər.