“Roma”nın müdafiəçisi Canluka Mançini Avropa Liqasının “Sevilya” ilə final matçından öncə danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o komanda yoldaşı olan argentinalı hücumçu Paulo Dibaladan söz açıb:
“Dibala yaxşı futbolçudur. Ümid edirik ki, o, finalda bizə çox kömək edəcək.
“Sevilya” ilə matça hazırıq. Maksimum fədakarlıq göstərməli, meydançada baş işlətməli və ürəklə oynamalıyıq. Xüsusi görüş olacaq. Bu matça qədər uzun yol qət etdik. Buna layiq olduğumuzu göstərməliyik. Böyük kluba qarşı oynayacağıq. Ən yaxşı oyunumuzu göstərməyə hazırıq”.
Qeyd edək ki, Avropa Liqasının finalının “Sevilya” – “Roma” görüşü bu gün, saat 23:00-da start götürəcək.