“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının“Roma” ilə final matçından öncə gözləntilərini bölüşüb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin müdafiədə çox güclü oynadığını vurğulayıb:
“Mümkün qədər az səhv etməliyik. Böyük klubları mübarizədən kənarlaşdırdıq, lakin qarşıda bizi ən çətin rəqiblə oyun gözləyir. Ən az səhv edən qalib gələcək.
“Roma” müdafiədə çox güclü çıxış edir. Məncə, onlar qol vurmaq və qalib gəlmək üçün çox şansa ehtiyac duymurlar. Lazım olanda çox yaxşı müdafiə olunurlar, ehtiyac olduqda baxımlı pressinq nümayiş etdirirlər. Heç vaxt əsəbi olmurlar, hər zaman sakit oynayırlar. Biz də onlar kimi sakit oynamalıyıq”.
Avropa Liqasının finalının “Sevilya” – “Roma” görüşü bu gün, saat 23:00-da start götürəcək.