“Qarabağ” Şeydayev və Ozobiçlə vidalaşdı – RƏSMİ

11:24 31 May 2023

“Qarabağ” klubu futbolçular Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi “feysbuk” hesabı paylaşım edib.

 

“Köhlən atlar” oyunçuların müqavilələrinin başa çatdığını xatırladıb. Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

 

Ozobiç 2018-ci ildən “Qarabağ”ın formasını geyinib. Şeydayev isə 2017/2018 mövsümündə və 2021-ci ildən “köhlən atlar”ın uğurları üçün çalışıb.


Digər xəbərlər

Xəbər xətti