Seneqallı futbolçu Abdullaye Ba “Sabah” klubundan ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi sosial şəbəkə hesabında bildirib.
O, müqaviləsinin başa çatdığını vurğulayıb:
“Mən evimdəki kimi hiss etdim. Azarkeşlər böyük dəstək verdilər. Kluba təşəkkür edirəm. Həmişə qəlbimdə olacaqsınız”.
Abdullaye Ba 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışıb.