Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb.
Sportarena.az xəbər verir ki, püşkə əsasən mübarizəyə qoşulacaq Azərbaycan yığmasının idmançısının da ilk rəqibi dəqiqləşib. 63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.
Sabah həmçinin qadın taekvondoçular +73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq.