"Barselona" Messiyə "Əl-Hilal"dan 33 dəfə az maaş təklif edib

21:40 31 May 2023

"Barselona" PSJ-nin hücumçusu Lionel Messiyə 2023-cü ilin yayında komandaya qoşulmaq üçün qeyri-rəsmi təklif edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Marta Ramon özünün "Tvitter" hesabında məlumat verib. Bildirili ki, klub 35 yaşlı argentinalı oyunçuya vergilər çıxdıqdan sonra 12-13 milyon avro maaş təklif edib. Futbolçu bu təklifdən razı qalıb.

 

Daha əvvəl bildirilmişdi ki, vergilərdən sonra Messinin PSJ-də maaşı ildə 29 milyon avro təşkil edir. Lionel "Barselona"nın təklifini təsdiqləsə, onun maaşı 16 milyon avro azalacaq.Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçuya hər mövsüm üçün 400 milyon avro ödəməyə hazır olduğu bildirilib.

 

Beləlikə, "Barselona" Messiyə Səudiyyə Ərəbistanı klubundan 33 dəfə az maaş təklif edib.


Digər xəbərlər

Xəbər xətti