Fransa millisinin heyəti açıqlandı

23:06 31 May 2023

Fransa millisinin Avro-2024-ün seçmə mərhələsində iyun ayında keçirəcəyi matçlar üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, yığmaya 23 futbolçu çağırılıb: 

Qapıçılar: Alphonse Areola ("Vest Hem"), Mayk Menyan ("Milan"), Brays Samba ("Lans")

Müdafiəçilər: Aksel Disasi ("Monako"), Uesli Fofana ("Çelsi"), Teo Ernandes ("Milan"), İbrahim Konate ("Liverpul"), Jül Kunde ("Barselona"), Ferland Mendi ("Real") Benjamin Pavard, Dayot Upamekano (hər ikisi "Bavariya")

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Aurelien Tçaumeni (hər ikisi "Real"), Yusuf Fofana ("Monako"), Antuan Qrizmann ("Atletiko"), Adrien Rabyo ("Yuventus");

Hücumçular: Kinqsli Koman ("Bavariya"), Usman Dembele ("Barselona"), Olivye Jiru ("Milan"), Randal Kolo-Muani ("Ayntraxt"), Kilian Mbappe (PSJ), Kristofer Nkunku ("Leyptsiq"), Markus Tyuram (“Borussiya” Mühenqladbax).

 

Qeyd edək ki, Fransa Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Cəbəllütariq (16 iyun) və Yunanıstanı (19 iyun) qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti