Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

23:29 31 May 2023

İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.

 

Sportarena.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

 

Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyunlar saat 17:30-da başlayacaq.

 

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov, Emil Həsənzadə, Kamran Qürbətov


Digər xəbərlər

Xəbər xətti