“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasını qazanan ən yaşlı çalışdırıcı olub. Dünən onun komandası finalda “Roma”ya qalib gələrək (1:1, penaltilərlə 4:1) məşqçinin adını tarixə yazıb.
Sportarena.az xəbər verir ki, romalılara qarşı finalda Mendilibar 62 yaş 78 günlük olub. Bu isə rekord göstəricidir.
Əvvəlki rekordçu 60 yaş 139 gündə 2019-cu ildə “Çelsi” ilə Avropa Liqasının qalibi olan Mauritsio Sarri idi. İtaliyalı bu mükafatı Sarri Bakıda “Arsenal”a qarşı həlledici matçda qazanmışdı. Həmin görüş 4:1 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmışdı.