Kovaçiç “Mançester Siti” ilə razılaşdı

14:23 1 İyun 2023

Mateo Kovaçiçin “Mançester Siti”yə keçidi reallaşmaq üzrədir. “Şəhərlilər” Xorvatiya yığmasının üzvü ilə ciddi maraqlanır.

 

Sportarena.az xəbər verir ki, klub və futbolçu şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Yalnız kiçik detallar hələ də müzakirə olunur və onlar transferin tamamlanmasına əngəl deyil. İndi əsas məsələ “Çelsi”ni yarımmüdafiəçini buraxmağa razı salmaqdır.

 

2019-cu ildə “Real”dan Londona köçən Kovaçiçin “zadəganlar”la bir illik müqaviləsi qalıb. “Çelsi” onun transferi üçün madridlilərə ödədiyi məbləği – 45 milyon avro istəyir. Lakin oyunçunun gələn yay azad agent olmaq ehtimalı, üstəlik, futbolçunun 30 yaşın içində olması onları güzəştə getməyə məcbur edəcək. Bunu bilən mançesterlilər Mateo üçün 30 milyon avro təklif etmək niyyətindədir.


Digər xəbərlər

Xəbər xətti