Fransanın PSJ klubu argentinalı hücumçusu Lionel Messi ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlamasında məlumat verib.
Messinin yaxın günlərdə yeni klubu ilə bağlı qərar vermək niyyətində olduğu bildirilir. Onun İngiltərə Premyer Liqası, Səudiyyə Ərəbistanı və MLS-dən təklifləri var. Həmçinin, futbolçunun keçmiş klubu “Barselona”ya qayıdacağı da ehtimal olunur.