Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “Roma”nın baş məşqçisi Joze Mourinyonun Avropa Liqasının finalında “Sevilya”ya məğlubiyyətini (1:1, penaltilər – 1:4) şərh edib.
Sportarena.az xəbər verir ki, Nurməhəmmədov sosial şəbəkədəki hesabında portuqaliyalı mütəxəssisin fotosunu paylaşaraq, “O, xüsusidir” yazıb.
“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.