Tudor Marseli tərk edib Turinə köçür

17:29 1 İyun 2023

İqor Tudor Marsel “Olimpik”indən ayrılır. Fransa klubunun baş məşqçisi qərarını verib və klub onun istəyini qəbul edib.

 

Sportarena.az xəbər verir ki, mövsümün əvvəlində komandaya baş məşqçi təyin olunan 45 yaşlı xorvatın müqaviləsi gələn yay başa çatacaqdı. Lakin qarşılıqlı razılıq əsasında anlaşma ləğv edilib.

 

İtaliya mətbuatı Tudorun “Yuventus”a gəlmək üçün bu addımı atdığını yazır. Belə ki, turinlilər Massimiliano Alleqri ilə mövcud anlaşmanı pozmaq istəyir. Belədə onun postuna əsas namizəd 2020-21-ci illərdə komandada Andrea Pirlonun köməkçisi işləmiş İqor sayılır.


Digər xəbərlər

Xəbər xətti