Amerikanın “İnter Mayami” futbol klubu Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messiyə ümumilikdə 200 milyon dollarlıq 4 illik müqavilə təklif edib.
Sportarena.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" portalı məlumat yayıb.
Məlumata görə, Amerika klubu Messi ilə birlikdə “Barselona”da çıxış edən yarımmüdafiəçi Serxio Busketslə də müqavilə imzalamağı düşünür. Mayın 31-də "Ekip" qəzeti "İnter Mayami"nin argentinalı üçün transfer təşkil etməyi və sonra onu 6 və ya 18 ay müddətinə "Barselona"ya icarəyə verməyi planlaşdırdığını, beləliklə, İspaniya klubunun hücumçunu əldə etməyə çalışacağı təqdirdə yarana biləcək maliyyə problemlərindən qaçacağını bildirib.
PSJ-nin baş məşqçisi Kristof Qaltye cümə axşamı bildirib ki, Messi PSJ-də son matçını iyunun 3-də keçirəcək. Daha sonra Fransa klubunun mətbuat xidməti məşqçinin dediklərini təkzib edib.
Mayın 9-da “Agence France-Presse” (AFP) Messinin Səudiyyə Ərəbistanındakı komandalardan birinə keçidinin "həll edilmiş problem" olduğunu bildirib.