PSJ çempionluğu qeyd etməyəcək

23:27 1 İyun 2023

PSJ-nin baş məşqçisi Kristof Qaltye qapıçı bir neçə gün əvvəl atdan yıxılan qapıçı Serxio Riko haqqında danışıb.

 

Sportarena.az xəbər verir ki, o, yerli mətbuata açaıqlamasında deyib ki, kəllə-beyin travması alan qapıçının durumu hələ də ağır olaraq qalır. Qaltye  ispaniyalı oyunçunun durmuna görə hamının narahat olduğunu deyib. O, son turdan sonra heç kimin çempionluğu bayram etməyəcəyini bildirib. 

 

Qeyd edək ki, Serxio Rikonun durumunun ciddi olduğu haqda məlumatlar yayılıb.


Digər xəbərlər

Xəbər xətti