"Ayaks" baş məşqçisi ilə yolları ayırdı

20:29 1 İyun 2023

Niderlandın "Ayaks" klubunun baş məşqçisi Con Heytinqa ilə yolları ayırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin başa çatan mövsümdə uğursuz çıxışı bu qərarın verilməsi ilə nəticələnib. 40 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyib.

"Ayakl" mövsümü 69 xalla 3-cü pillədə başa vurub. Klub bu nəticə ilə 14 ildən sonra Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

 

Qeyd edək ki, Heytinqa 2016-cı ildən "Ayaks"da idi. Klubun aşağı yaş qrupları üzrə müxtəlif komandalarını çalışdıran niderlandlı mütəxəssis bu ilin yanvarından əsas komandaya başçılıq edirdi.


Digər xəbərlər

Xəbər xətti