“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo peşəkarlığı və iş etikası barədə danışıb.
Sportarena.az xəbər verir ki, 38 yaşlı hücumçu deyib:
“Komanda yoldaşlarım mənim həyat tərzimi, iş tərzimi, nizam-intizamımı və iş etikamı hiss edirlər. 20 ildir ən yüksək səviyyədə oynamağım sadəcə təsadüf deyil. Genetikadan danışırlar. Genetika vacibdir, bəli, amma eyni dərəcədə vacib olan digər amillər də var.
Futbol həyat tərzidir. Biz həmişə məqsədyönlü, konsentrasiyalı və son dərəcə peşəkar olmalıyıq. Bütün bunları təcəssüm etdirə bilmək üçün ən yaxşı formada olmaq lazımdır”.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin 30 dekabrından “Əl-Nəsr”də çıxış edir.