“Zirə” belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu instaqram səhifəsi vasitəsilə paylaşım edib.
O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.
Qeyd edək ki, Loris Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.