Polşalı hakim Şimon Marçinyak irqçilik və dözümsüzlük məsələləri ilə bağlı haqqında yayılan fikirlərə münasibət bildirib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA referisi insanlara hörmət qoymağı vacib hesab etdiyini dilə gətirib:
“Uzun müddətdir beynəlxalq futbol hakimi olduğum üçün hər zaman məsələlərə ədalətli yanaşmağı və insanlara hörmət qoymağı vacib hesab etmişəm. Bu dəyərləri başqa şəxslərə də ötürmək istəyirəm.
Hakimlik etdiyim matçlarda irqçilik və dözümsüzlük çağırışlarından uzaqlaşmağa çalışmışam. Mənim bir şüarım var: “Nifrətə son!” Hər zaman ən yaxşı insan olmağı təbliğ edəcəm”.
Marçinyak “İnter” və “Mançester Siti” arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun baş hakimi olacaq.