Çempionlar Liqası: UEFA final matçının baş hakimini dəyişməyəcək

17:29 2 İyun 2023

UEFA Çempionlar Liqasının final oyununun baş hakimini dəyişməyəcək.

 

Sportarena.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, polşalı Şimon Marçinyakın İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək həlledici matça təyinatı təsdiqlənib.

 

Ölkəsində ultrasağçı siyasətçi, homofob və antisemit fikirləri ilə tanınan “Yeni Ümid” partiyasının rəhbəri Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılan FIFA referisi davranışına görə üzr istəyib. Bundan sonra UEFA-nın Nizam-İntizam Komitəsi Marçinyakı bağışlayıb.

 

Qeyd edək ki, final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti