Region Liqası: Final oyununda VAR tətbiq olunacaq

14:48 2 İyun 2023

AFFA-nın təşkil etdiyi AFFA Region Liqasının 2022/2023-cü illər mövsümünün final qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, iyunun 4-də Tovuz şəhər stadionunda keçiriləcək “Çinar-Zəngilan” – “Qusar” qarşılaşmasında cari mövsümdə ilk dəfə VAR sistemi tətbiq ediləcək.

 

Region Liqası, final

4 iyun

“Çinar-Zəngilan” – “Qusar”

Tovuz şəhər stadionu. Saat 16:00

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Zöhrab Abbasov, Emin Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev


Xəbər xətti