Kral yenə klubunu dəyişdi

17:44 2 İyun 2023

Spartak”ın yarımmüdafiəçisi Aleks Kral yenidən Moskva klubundan ayrılıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, çexiyalı futbolçu Almaniya “Union”una keçib.

 

25 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Şalke”də keçirib. O, Bundesliqada 29 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib.

 

Kralın “Spartak”la müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 5,5 milyon avro qiymətləndirir.


Digər xəbərlər

Xəbər xətti