“Frayburq”un yarımmüdafiəçisi Noa Darviç karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Sportarena.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu uğrunda PSJ, “Arsenal” və “Ayaks” da mübarizə aparmaq fikrindədir.
16 yaşlı futbolçunun Almaniya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin qışına qədərdir.
O, 2022/23 mövsümündə Bundesliqa təmsilçisinin heyətində 11 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.