“Mançester Siti” 16 yaşlı futbolçunu istəyir

19:48 2 İyun 2023

“Frayburq”un yarımmüdafiəçisi Noa Darviç karyerasını “Mançester Siti”də davam etdirə bilər.

 

Sportarena.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu uğrunda PSJ, “Arsenal” və “Ayaks” da mübarizə aparmaq fikrindədir.

 

16 yaşlı futbolçunun Almaniya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin qışına qədərdir.

 

O, 2022/23 mövsümündə Bundesliqa təmsilçisinin heyətində 11 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.


Xəbər xətti