Azərbaycan cüdoçuları ilk gündə üç medal qazanıblar

18:50 2 İyun 2023

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran Pri turnirində bürünc medal görüşünə çıxıb.

 

Sportarena.az xəbər verir ki, 52 kq-da yarışan idmançı türkmənistanlı Hakim Ağaməmmədovla qarşılaşıb. Cərimə xalları hesabına qalib gələn Nəcəfov üçüncü yeri tutub.

 

Beləliklə, Azərbaycan cüdoçuları Qran Prinin ilk günündə 3 medal qazanıblar. Daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.


Digər xəbərlər

Xəbər xətti